Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bu idman növlərində antidopinq qaydaları daha çox pozulur - FOTO

Azərbaycanda bu idman növlərində antidopinq qaydaları daha çox pozulur - FOTO

Tarix: 26 Dekabr 2019 13:48

2019-cu ildə Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən milli səviyyədə 1350 dopinq testi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Ş.Hüseynli bildirib ki, ötən illə müqayisədə AMADA tərəfindən keçirilən testlərin sayı 56.4 faiz artıb. AMADA 2019-cu ildə 16 antidopinq qayda pozuntusu aşkar edib.

Agentlik rəhbəri əlavə edib ki, araşdırmalar davam edir və tam rəqəmlər növbəti ilin ilk aylarında məlum olacaq. 2018-ci ildə isə 27 antidopinq qayda pozuntusu aşkar edilmişdi.


Etiketlər:  Azərbaycanda bu idman növlərində antidopinq qaydaları daha çox pozulur FOTO


RƏYLƏR