Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 15:58
Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə aqrar kreditin məbləğini fərdi heablama sistemini (ALES) təqdim edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Agentliyin sədri Mirzə Əliyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı deyib.
O bildirib ki, fermerlər bu sistemə əkin sahəsinin ərazisi, məhsuldarlıq, gəlir mənbələri və digər məlumatları daxil etməklə hansı məbləğdə kredit ala biləcəkləri barədə ilkin informasiya alırlar.
Bundan başqa, fermerlər ALES-dən çıxarışı çap edə və bank dəyərləndirməsi prosesini keçmədən banka müraciət edə bilərlər.