Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqaret və arağın qiyməti yenidən qalxa bilər - Aksiz vergisi artırıldı

Siqaret və arağın qiyməti yenidən qalxa bilər - Aksiz vergisi artırıldı

Tarix: 26 Dekabr 2019 19:00

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Fərmanına uyğun olaraq ölkədə istehsal olunan spirtli içkilər, tütün məmulatları, eləcə də enerji içkilərinə aksiz vergisi dərəcələri dəyişdirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, aksiz dərəcəsi araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, şərablar və şərab materiallarının hər litri üçün 0,1 manatdan 0,2 manata, pivə və pivə tərkibli digər içkilərin hər litri üçün 0,2 manat manatdan 0,4 manata artırılıb.

Digər yüngül spirtli içkilər üzrə aksiz dərəcəsi bir litr üçün 0,4 manat məbləğində müəyyən edilib. Konyak və konyak məhsullarıın hər litri üçün tətbiq edilən 6 manat aksiz dərəcəsi isə 3,2 manata endirilib.

Tütün məmulatları üzrə aksiz dərəcəsi hər min siqaret, siqarilla və tütün əvəzedici üçün 21 manatdan 31 manata qaldırılıb.


Etiketlər:  Siqaret arağın qiyməti yenidən qalxa bilər Aksiz vergisi artırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ