Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur reperin məzarını yandırdılar

Məşhur reperin məzarını yandırdılar

Tarix: 26 Dekabr 2019 20:40

Rusiyanın Moskva şəhərində naməlum şəxslər reper Detslin (Kirill Tolmatski) məzarını yandırıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı mərhumun anası İrina Tolmatskayaya istinadən xəbər verib.

Bildirilir ki, yanğın Pyatnitski qəbiristanlığında 25 dekabrdan 26-na keçən gecə baş verib. İrina Tolmatskayanın sözlərinə görə, məzarın xaçı və hasarı yanıb.

Qəbiristanlıq rəhbərliyi hesab edir ki, yanğına səbəb ehtiyatsızlıq ola bilər. Belə ki, Detslin fanatları hər gün musiqiçinin məzarına şam düzürlər.


Etiketlər:  Məşhur reperin məzarını yandırdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ