Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Seçenov universitetinin Bakı filialında keçirilən poeziya gecəsində iştirak edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Seçenov universitetinin Bakı filialında keçirilən poeziya gecəsində iştirak edib - FOTO

Tarix: 26 Dekabr 2019 22:54

Dekabrın 26-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə poeziya gecəsi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı filialının rektoru, professor Əziz Əliyev tədbirdə çıxış edərək tələbələrin poeziyaya marağının artırılmasına dəyərli töhfəsinə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.

Leyla Əliyeva çıxışında ən çətin və humanist peşələrdən biri olan həkim peşəsinin əhəmiyyətini vurğulayıb.

Sonra Seçenov Universitetinin Bakı filialının tələbələri Lalə İsayeva, Nuranə Ələkbərova, Vüsalə Hüseynova Leyla Əliyevanın "Dünyanın ən gözəl insanı, haradasan?", "İnanmırıq" və "Zaman, xahiş edirəm, dayan" şeirlərini oxuyublar. Gələcəyin həkimləri - Tamerlan Rüstəmov, Lalə İsayeva və Yaqub Kərimov da öz şeirlərini oxuyublar.

Leyla Əliyeva gecənin sonunda tələbələrə öz kitablarını hədiyyə edib, tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.

Milli.Az


Etiketlər:  Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva Seçenov universitetinin Bakı filialında keçirilən poeziya gecəsində iştirak edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ