Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 22:46
Almaniyanın silah ixracı rekord həddə çatıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkənin silah ixracı 2015-ci ildən sonra bu il ilk dəfə ən yüksək həddə çatıb. Belə ki, 2019-cu ilin hesabatına görə, Almaniyanın silah ixracı 7,95 milyard avrodan çox olub. Bu göstərici ötən illə müqayisədə 65 faiz artıqdır.
Silah ixracı ən çox Avropa İttifaqı ölkələrinə, xüsusilə də Macarıstana olub. Bu ölkələrə ixrac olunmuş hərbi məhsulun dəyəri 1,77 milyard avrodur. Sonrakı yerləri Misir (802 milyon avro) və ABŞ (483 milyon avro) tutur.