Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 23:04
Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer yığmadakı sabiq komanda yoldaşı Məsut Özil haqda danışıb.
Qol.az-ın "Kicker"ə istinadən yaydığı xəbərə görə, o, "Arsenal"ın yarımmüdafiəçisi ilə millidə gözəl illər keçirdiyini deyib: "Biz Məsutla birgə çox gözəl vaxt keçirdik. Onun istəyi hər zaman futbol oynamaq və zövq almaq idi. Özil meydandan kənarda həmişə şanslı deyildi".
Qeyd edək ki, M.Özil DÇ-2018-dən sonra millidəki karyerasını başa vurub.