Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə imtahanlarda iştirak edəcək nəzarətçilərin elektron qeydiyyatı yekunlaşıb

2020-ci ildə imtahanlarda iştirak edəcək nəzarətçilərin elektron
qeydiyyatı yekunlaşıb

Tarix: 28 Dekabr 2019 10:09

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi 2020-ci ildə imtahanlarda iştirak edəcək nəzarətçilərin elektron
qeydiyyatını yekunlaşdırıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, qeydiyyatın nəticələrinə əsasən, baza 15003 nəfər nəzarətçidən ibarətdir. 2019-cu ildə keçiriləcək imtahanlarda iştirak edən nəzarətçilər bazası 14890 nəfərdən ibarət olub.

Cari ildə keçirilən imtahanlarda iştirak edən zal nəzarətçilərinin fəaliyyəti müxtəlif meyarlar əsasında qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə görə, 1423 nəzarətçi müəllimə təşəkkür elan edilib, 27 nəfərin isə fəxri fərmanla təltif edilməsi nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  2020 ildə imtahanlarda iştirak edəcək nəzarətçilərin elektronqeydiyyatı yekunlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ