Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ançelotti ''Napoli''nin futbolçusunu istəyir

Ançelotti ''Napoli''nin futbolçusunu istəyir

Tarix: 28 Dekabr 2019 10:14

"Everton"un baş məşqçisi Karlo Ançelotti qış transfer pəncərəsində komandasının heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis sabiq komandası "Napoli"nin oyunçusu Lorenzo İnsinyeninin transferini planlaşdırır. 28 yaşlı hücumçu özü də Premyer Liqa təmsilçisinə keçməyə hazırdır. Ancaq "Napoli"  rəhbərliyi futbolçunu buraxmaq istəmir.

Qeyd edək ki, L. İnsinye 2012-ci ildən İtaliya təmsilçisinin formasını geyinir.

 


Etiketlər:  Ançelotti Napolinin futbolçusunu istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ