Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan “Global Innovation Index 2019” reytinqində İKT göstəricilərinə görə fərqlənib

Azərbaycan “Global Innovation Index 2019” reytinqində İKT göstəricilərinə görə fərqlənib

Tarix: 28 Dekabr 2019 17:12

Bakı. Nərgiz İsmayılova - Trend:

Azərbaycanın “Global Innovation Index 2019” reytinqində İKT sahəsində göstəriciləri açıqlanıb.

Trend-in məlumatına görə, ölkə “İKT xidmətlərinin ixracı” göstəricisində mövqeyini ötən illə müqayisədə 17 pillə yaxşılaşdırıb.

“İKT xidmətlərinin idxalı” göstəricisində isə Azərbaycan bir pillə geriləyərək 42-ci yerdə qərarlaşıb.

Həmçinin “İKT-dən istifadə” və “İKT-yə çıxış” göstəricilərində Azərbaycan müvafiq olaraq 82 və 69-cu yerlərdə qərarlaşıb.

Qeyd edək ki, “Global Innovation Index 2019” reytinqi 126 ölkəni əhatə edir və ABŞ-ın Kornell Universiteti, Fransanın INSEAD Biznes Məktəbi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən birgə tərtib olunur. Reytinqin tərtib olunması zamanı 82 göstərici qeydə alınır.

Azərbaycan reytinqdə ümumilikdə 84-cü yerdə qərarlaşıb. Azərbaycanın ən yaxşı göstəricisi “Daxili bazarın inkişafı” blokunda “İnvestisiyalar” subindeksi üzrə birinci yerdir. Bundan başqa, ölkə “Minoritar investorların müdafiəsi” subindeksində ikinci, “Biznesin başlamasının asanlığı” subindeksində 9-cu, “Kreditlərin alınmasının asanlığı” subindeksində 20-ci yerdə qərarlaşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Global Innovation Index 2019 reytinqində İKT göstəricilərinə görə fərqlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ