Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 17:34
Türkiyənin Dənizli bölgəsində baş verən hadisə qanları dondurub.
Sonxeber.net unikal.org-a istinadən xəbər verir ki, 16 yaşlı çoban A.Ç əvvəlki gün müdiri, 37 yaşlı Fatih Kürşad Yağçı ilə çalışdığı qoyunçuluq müəssisəsində mübahisə edərək onu odlu silahla qətlə yetirib.
Cinayəti törətdikdən sonra yeniyetmə müdirinin avtomobilini götürərək hadisə yerindən qaçıb. Əraziyə polislər cəlb olunub və yeniyetmə ərazidən uzaqda, başqa bir kəndə həbs edilib.
Polislərə açıqlamasında yeniyetmə cinayəti müdiri ona "quzu niyə öldü" deyərək tənbehləməsi səbəbindən törətdiyini iddia edib. Həmçinin öldürdüyü patronunun avtomobili ilə evinə gedib və dostlarına "atam yeni maşın aldı, sabah gəzərik" dediyi də ortaya çıxıb.
Fatih Kürşad Yağçının həyat yoldaşı ona zəng edərkən müdirin çöldə olduğunu telefonunun yaddan çıxıb işdə qaldığını deyib.