Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 18:54
İki ay əvvəl güclü sosial böhranla üzləşmiş Çili paytaxtının mərkəzində nümayişlər zamanı minlərlə etirazçı təhlükəsizlik qüvvələri ilə toqquşub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, etirazçılar həmişə olduğu kimi sosial şəbəkələr vasitəsilə Santyaqo şəhərinin "Plaza Itali" meydanına toplaşaraq Sebastyan Pinyera hökumətinə qarşı çıxış ediblər.
Bir həftə əvvəl olduğu kimi, bu dəfə də polislə nümayişçilər arasında şiddətli toqquşma baş verib. Polis meydanı nəzarətə götürərək nümayişçiləri su şırnaqları və gözyaşardıcı qazla qovmağa çalışıb.
Lakin ikisaatlıq toqquşmalardan və yaxınlıqdakı mədəniyyət mərkəzində yanğının baş verməsindən sonra etirazçılar nəhayət meydanın mərkəzinə toplaşa biliblər.