Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbiətdə əvvəllər görünməmiş mineral kəşf edildi

Təbiətdə əvvəllər görünməmiş mineral kəşf edildi

Tarix: 28 Dekabr 2019 22:20

Avstraliyanın kiçik bir qəsəbəsi olan Vedderbörnda, 1951-ci ildə olan Vedderbörn meteoritin yeni bir sirri həll edildi. Araşdırmaçılar, bu maraqlı daşın daha əvvəl təbiətdə heç görülməmiş bir mineral olduğunu kəşf etdi.

1951-ci ildə Avstraliyanın Vedderbörn qəsəbəsinin şimal-şərqində olan Vedderbörn meteoriti, 210 qramlıq kiçik, qəribə görünüşlü bir kosmos qayası idi. Alimlər onlarla ildir üzərində işləyərək sirlərini tapmağa çalışırdılar və artıq bu sirlərdən birini həll etdilər.

Araşdırmaçılar, Kaliforniya Texnologiya İnstitutunda mineraloq olan Çi Manın rəhbərlik etdiyi yeni bir araşdırmada bu Vedderbörn meteoritini analiz edib edskotit adını verdikləri mineralın təbii halda meydana gəlməsini təsdiqlədi. Nadir bir dəmir-karpit forması olan bu mineral, daha əvvəl təbiətdə heç tapıla bilmədi.


Etiketlər:  Təbiətdə əvvəllər görünməmiş mineral kəşf edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ