Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 09:42
Bakı. İlhamə İsabalayeva – Trend:
Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.
Trend-in məlumatına görə, bu dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə” doktorantuların yaradılması bölməsi ləğv edilsin.
Texnologiyalar Nazirliyi üzrə - Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində doktorantuların yaradılması ləğv edilib.
Yeni qərarla Gənclər və İdman Nazirliyi üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəlsəfə doktoru və elmlər doktoru üzrə kadr hazırlığı aparılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin