Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağır atletika üzrə 3-cü Respublika turniri keçirilib (FOTO)

Ağır atletika üzrə 3-cü Respublika turniri keçirilib (FOTO)

Tarix: 29 Dekabr 2019 10:04

Bakı. Trend:

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə ənənəvi – 3-cü Respublika turniri keçirilib.

Trend-in məlumatına görə, yüksək təşkilatçılıqla müşayiət olunan yarış həmişəki kimi böyük marağa səbəb oldu, tamaşaçılar körpücük üzərində medallar uğrunda gərgin mübarizəyə şahidlik ediblər.

Şəxsi xarakter daşıyan turnirdə qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak ediblər. Qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib. Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal, xatirə hədiyyələri və mükafatlar təqdim olunub.

Turnirin açılış mərasimində söz ilk olaraq Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibinə verilib. O, bu yarışın növbəti dəfə keçirilməsindən məmnun olduğunu bildirib: “Bu, artıq xoş bir ənənəyə çevrilib. Biz Hacıbaba Əskərovun xatirəsini artıq üçüncü ildir ki, yarış meydanında qeyd edir, bunun bir idman bayramına çevrilməsinə şahidlik edirik. Biz AAAF olaraq turnirin təşkilinə dəstiəyimizi bundan sonra da davam etdirəcəyik. Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əskərovun xatirəsi hələ 2017-ci ildə onun 100 illik yubileyinin Milli Olimpiya Komitəsində qeyd olunandan sonra yarışlarda davam etdirildi. Hazırda biz növbəti belə yarışdayıq. Bu zala təşrif buyuran hər kəsi salamlayır, “qoy güclü qalib gəlsin” deyir, iştirakçılara uğurlar arzulayıram”.

Daha sonra söz Hacıbaba Əskərovun qızı Gülarə Nərimanovaya verilib. O, da öz növbəsində atasının ruhunun belə yüksək tutulmasından razılığını dilə gətirib: “Atam Hacıbaba Əskərovun Azərbaycan ağır atletikasının inkişafında xüsusi xidmətləri olub. O, bütün çətinliklərə rəğmən idmanımız üçün var gücü ilə çalışıb. Bu gün mən çox həyəcanlıyam. Çünki atamın adına həsr olunmuş növbəti Respublika səviyyəli tədbir keçirilir. Bu zala toplaşanların arasında Hacıbaba Əskərovun tələbləri də var. Həm onların, həm də bu yarışın təşkili vasitəsilə gənc nəslin nümayəndələri biləcək ki, atam öz həyatını idman həsr edib, gələcək Avropa, dünya və Olimpiya çempionu və mükafatçılarının yetişməsində rol oynayıb. Hamı biləcək ki, beynəlxalq dərəcəli hakim adını ilk dəfə alaraq ölkəmizi xarici yarışlarda təmsil edib, tanıtdırıb. Şadıq ki, turnirə veteran atletlər də qoşulurlar. Bu, çox sevindiricidir. Fürsətdən istifadə edərək AAAF rəhbərliyi və əməkdaşlarına bu gözəl təşkil olunmuş turnirə görə təşəkkürümü bildirir, təşəbbüsçülər Milli Olimpiya Komitəsi və Azərbaycan Gənclər və İdman Nazirliyinə minnətdarlığımı ifadə edirəm. İnanıram ki, atamın adına keçirilən bu turnir ildən-ilə öz əhəmiyyətini gücləndirəcək, gələcəkdə beynəlxalq səviyyədə təşkil olunacaqdır. Bu, bizim böyük arzumuzdur. Hamınızı qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edir, yeni ildə yeni və daha böyük uğurlar arzulayıram“.

Sonra AAAF adından Hacıbaba Əskərovun qızına xatirə plaketi və medalı təqdim edilib.

Yarışlara gəlincə, körpücük üzərinə ilk olaraq qadın atletlər çıxıblar. Onların arasında toplam 152 kq (68+84) nəticə və 217.7 xalla Səbinə Əzimova bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı və qızıl medala layiq görülüb. İkinc pillədə toplam 136 kq (59+77) nəticə və 209.5 xalla Mərziyyə Məhərrəmova, üçüncü pillədə isə toplam 149 kq (67+82) nəticə və 200.3 xalla Günel Vəliyeva qərarlaşıblar.

Kişi atletlərin mübarizə də maraqlı alınıb. Toplam 320 kq (145+175) nəticə və 363.41 xal qazanan Kamran İsmayılovun yarışın qalibi adına layiq görülüb. Gümüş medal toplam 273 kq (123+150) nəticə və 349.62 xal qazanan Kənan Xəlilova, bürünc medal isə toplam 263 kq (115+148) nəticə və 338.73 xal qazanan Elşad Şərifova qismət olub.

Körpücük üzərinə son olaraq ustadlar çıxıblar. Onlardan toplam 150 kq (65+85) nəticə və 343.73 xalla Sərdar Quliyev çempion adını əldə edib. İkinci yerə toplam 277 kq (125+152) nəticə və 337.82 xalla Elnur Hüseynov, üçüncü yerə isə toplam 219 kq (96+123) nəticə və 334.70 xalla Zəfər Tağıyev çıxıblar.

Xatirə turnirinin təşkilində məqsəd Hacibaba Əskərovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletika idman növünün inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ağır atletika üzrə 3-cü Respublika turniri keçirilib (FOTO) Ağır atletika üzrə 3-cü Respublika turniri keçirilib (FOTO) Ağır atletika üzrə 3-cü Respublika turniri keçirilib (FOTO) Ağır atletika üzrə 3-cü Respublika turniri keçirilib (FOTO) Ağır atletika üzrə 3-cü Respublika turniri keçirilib (FOTO) Ağır atletika üzrə 3-cü Respublika turniri keçirilib (FOTO) Ağır atletika üzrə 3-cü Respublika turniri keçirilib (FOTO) Ağır atletika üzrə 3-cü Respublika turniri keçirilib (FOTO) Ağır atletika üzrə 3-cü Respublika turniri keçirilib (FOTO) Ağır atletika üzrə 3-cü Respublika turniri keçirilib (FOTO)


Etiketlər:  Ağır atletika üzrə Respublika turniri keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ