Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 18:44
Şəmkir rayonunda vətəndaşa qarşı quldurluq edilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə Şəmkir mərkəzi bazarının yaxınlığında baş verib.
Daşkəsən rayonu, Zinzahal kənd sakini, 1971-ci il təvəllüdlü Sadıqov Elxan Ələddin oğlu polisə müraciət edərək bildirib ki, Şəmkir rayon Mərkəzi bazarının arxasında naməlum şəxs ona qarşı quldurluq edərək bıçaqla hədələyib və üzərində olan 700 manatını alaraq hadisə yerindən uzaqlaşıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şəxs Şəmkir şəhəri, V.Xuluflu küçəsi, ev 67-də yaşayan, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Quliyev Ceyhun Sahib oğludur.
Faktla bağlı cinayət işi başlanıb.