Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ucarda və Göyçayda məcburi köçkünlər üçün yeni yaşayış binaları istifadəyə verilib - FOTO

Ucarda və Göyçayda məcburi köçkünlər üçün yeni yaşayış binaları istifadəyə verilib - FOTO

Tarix: 29 Dekabr 2019 19:30

Dekabrın 29-da məcburi köçkünlər üçün Ucar rayonunda 250 mənzildən ibarət altı bina, Göyçay rayonunda isə 80 mənzilli bir bina istifadəyə verilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu münasibətlə keçirilən tədbirlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ucar Rayon Icra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Göyçay Rayon Icra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, yerli ictimaiyyətin nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.

Ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. Bu sahədə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Hər il minlərlə məcburi köçkün ailəsi yeni inşa edilən, rahat mənzillərə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqəti sayəsində bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin, xüsusən mənzil-məişət məsələlərinin həlli üçün yol xəritəsi hazırlanıb və icra olunur.

Ucarda və Göyçayda yeni istifadəyə verilmiş binalar "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlər çərçivəsində inşa edilib.

Ucar rayonunda istifadəyə verilən məhəllə ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 109-cu qəsəbədir. Məhəllənin inşası üşün 4 hektar torpaq sahəsi ayrılıb, tikinti işlərinə may ayında başlanılıb. Buradakı binalar beş mərtəbəlidir. Mənzillərdən 25-i birotaqlı, 110-u ikiotaqlı, 100-ü üçotaqlı, 15-i dördotaqlıdır.

Məhəllədə 220 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi tikilib, o cümlədən müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ucar rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri bu məhəlləyə köçürüləcəklər.
Məhəllənin elektrik təchizatını təmin etmək məqsədi ilə yaxınlıqda yerləşən "Ucar" yarımstansiyasının Açıq Paylayıcı Qurğularında yenidənqurma işləri aparılıb, yarımstansiyanın ərazisində 10 kV-luq yeni Qapalı Paylayıcı Qurğu inşa edilib. Bundan başqa, ikidövrəli elektrik verilişi xətti çəkilib, trasformator məntəqəsi tikilib və 2 ədəd güc transformatoru quraşdırılıb, məhəllənin ərazisinin işıqlandırılması təmin edilib.


Etiketlər:  Ucarda Göyçayda məcburi köçkünlər üçün yeni yaşayış binaları istifadəyə verilib FOTO


RƏYLƏR