Tarix: 29 Dekabr 2019 21:58
“Trabzonspor” baş məşqçisi Ünal Karamanla yolları ayırıb.
Qol.az xəbər verir ki, bu barədə “NTV Spor” məlumat yayıb. Baş məşqçi ilə klub rəhbərliyinin bir araya gələrək bu ayrılığa qərar verdikləri bildirilir. Karamanla klub prezidenti Əhməd Ağaoğlunun yola getmədiyi qeyd olunub.
Ü.Karaman mövsümün əvvəlindən Trabson təmsilçisini çalışdırırdı. Komanda hazırda Superliqada 32 xalla turnir cədvəlində 3-cüdür və lider “Sivasspor”dan 5 xal geri qalır.