Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2019 16:08
Çempionlar Liqasının yeni mövsümündə ölkəmizi təmsil edəcək "Qarabağ"ın 2-ci təsnifat mərhələsində hansı səbətdə yer alacağı müəyyənləşib.
Qol.az xəbər verir ki, Ağdam təmsilçisi ilk mərhələdə olduğu kimi 2-ci mərhələdə də səpələnmişlər səbətində olacaq. Buna səbəb UEFA reytinqində özündən irəlidə olan Yunanıstan çempionu PAOK-un mübarizəyə 3-cü təsnifat mərhələsindən başlamasıdır.
Beləliklə, "Qarabağ" ilk mərhələn keçsə, yenidən güclülərin sırasında olacaq və nisbətən asan rəqiblə qarşılaşacaq. Qurban Qurbanovun komandası 1-ci mərhələni keçsə, növbəti rəqibi "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels) və ya "Slovan" (Slovakiya) ola bilər.
Ağdam klubu 2-ci təsnifat mərhələsini keçə bilsə, 3-cü mərhələdə səpələnməmişlər səbətində qərarlaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-də keçiriləcək.