Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 18:12
Bakı. Trend:
Unibank xalqımızı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edir, sağlıqlı və bərəkətli bir il arzulayır.
Bayram günlərində Unibank filialları işləməsə də, müştərilər kredit ödənişlərini və debet kartlara mədaxili asanlıqla həyata keçirə biləcəklər.
Kredit ödənişləri:
Müştərilər kreditlərini Unibank, Milli Ön, E-Manat ödəniş terminallarında - nağd, Unibank mobil tətbiqində, unibank.az, e-pul.az, hesab.az saytlarından isə onlayn ödəyə bilərlər.Debet kartlara mədaxil:
Bayram günlərində Unibank, E-Manat və Milli Ön ödəniş terminallarında debet kartlara mədaxil edilməsi onlayn qaydada işləyəcək. Vəsaitin Unitransfer - cash in ilə göndərilib ATM ilə alınması aktiv olacaq.Ödəniş vaxtı qeyri - iş günlərinə təsadüf edən kreditlərdə:
Son ödəniş günü 31.12.2019 - 06.01.2020 tarixlərində olan kreditlər ən geci 07.01.2020 tarixinə kimi (7–si daxil olmaqla) istənilən gün ödənilə bilər. AİF İpoteka kreditlərində son ödəniş günü 01.01.2020 - 05.01.2020 tarixlərində olan kreditlər ən geci 07.01.2020 tarixinə kimi (7-si daxil olmaqla) istənilən gün ödənilə bilər.Unibank Mobile isə hər zaman olduğu kimi 24/7 müştərilərin xidmətində olacaq. “Unibank”ın mobil əlavəsi ilə bayram günlərində də kreditinizi, kommunal və hökumət ödənişlərinizi edə, “Zolotaya Korona”, “Contact” pulköçürmə sistemi ilə köçürmələrinizi həyata keçirə, kartlarınız və hesablarınız arasında əməliyyat apara bilərsiniz.
Unibank- hər kəsin bankı!
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!