Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 20:00
İngiltərə Premyer Liqasında son 10 illiyin ən yaxşı bombardirləri müəyyənləşib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, siyahının ilk pilləsində "Mançester Siti"nin hücumçusu Serxio Aquero qərarlaşıb. 31 yaşlı oyunçiu 10 il ərzində 174 qol vurub. Harri Keyn 2-ci (136), Ueyn Runi 3-cü (114) olub.
İlk onluq
1. Serxio Aquero ("Mançester Siti") - 174 qol
2. Harri Keyn ("Tottenhem") - 136 qol
3. Ueyn Runi ("Mançester Yunayted"/"Disi Yunayted") - 114 qol
4. Romelu Lukaku ("Everton", "Mançester Yunayted"/"İnter") - 113 qol
5. Robin van Persi ("Mançester Yunayted"/karyerasını bitirib) - 98 qol
6. Ceymi Vardi ("Lester Siti") - 97 qol
7. Eden Hazard ("Çelsi"/"Real") - 85 qol
8. Olivye Jiru ("Çelsi") - 78 qol
9. Rahim Sterlinq ("Mançester Siti") - 77 qol
10. Sadio Mane ("Liverpul") - 76 qol