Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 09:44
Qazaxıstanın Daxili İşlər Nazirliyinin istintaq qrupu dekabrın 27-də Almatı yaxınlığında "Bek Air" aviaşirkətinə məxsus "Fokker-100" təyyarəsinin qəzaya uğramasına dair yeni versiyanı nəzərdən keçirir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Tengrinews.kz" informasiya portalı xəbər verib.
Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayevin sözlərinə görə, qəzaya səbəb naviqasiya xidmətlərinin işindəki səhvlər ola bilərdi. Daha əvvəlki versiyalar isə ekipaj səhvi və təyyarənin texniki nasazlığı idi. Bundan əlavə, əvvəlcə əlverişsiz hava şəraiti variantı irəli sürülsə də, onu rədd etmişdilər.