Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 18:16
Müasir Android əməliyyat sistemli smartfonlarda da kompüterlərdə olan problemlərə rast gəlinir. Hətta proqramı yalnız "Google Play"dən yükləyən istifadəçilər belə virusa yoluxmaq riskindən sığortalanmayıblar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, "Google Play"də yüzlərlə zərərli tətbiq aşkarlanıb.
Mütəxəssislər ümumilikdə 4,6 milyon dəfə yüklənmiş 103 tətbiq aşkar ediblər. Onların hamısında "Android" smartfonlarında tam ekran reklamlarını göstərməyə qadir olan "Sorako" və "Sogo" kodları var.
Məsəslən, Asiya bölgəsində məşhur olan "gələcəyi proqnozlaşdırmaq" üçün olan "Fortune Explorer" tətbiqi istifadəçinin əsl sevgini tapacağı və qazancının artıracağı zamanı söyləməyi vəd edir. Burada sonsuz sayda reklam nümayiş etdirilməsinə baxmayaraq, tətbiq "Google Play" tərəfindən bloklanmır.