Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elektromobil avtopilot rejimində drift etməyi öyrənib - VİDEO

Elektromobil avtopilot rejimində drift etməyi öyrənib - VİDEO

Tarix: 31 Dekabr 2019 20:12

Süni zəka texnologiyalarının inkişafı ilə avtomobillər üçün olan avtopilot sistemləri daha geniş imkanlar əldə ediblər. Dynamic Design Lab şirkətinin mühəndisləri maneələrdən keçməklə yanaşı həmçinin drift etməyi bacaran elektromobil yaradıblar. Yeni nəsil avtopilot sisteminin imkanlarını mühəndislər məşhur idman avtomobili olan DeLorean DMC-12-də sərgiləyiblər. Bu avtomoibl çoxlarımıza məşhur "Back to the Future" film trilogiyasından tanışdır.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, MARTY adını (film trilogiyasındakı baş qəhrəmanın adı) əldə etmiş bu elektrikləşdirilmiş DeLorean modeli ümumi fırlanma anı 7000 Nm təşkil edən iki ədəd elektromühərriki və öncədən GPS koordinatları ilə proqramlaşdırılmış avtopilot sistemini əldə edib. İlk cəhddən elektromobil test poliqonunda heç bir konusa və ya maneəyə dəyməyərək testdən uğurla keçib. Daha sonra mühəndislər elektromobilə daha qəliz tapşırığı veriblər. Belə ki, elektromobil avtopilot rejimində drift etməli idi.

Qeyd etmək lazımdır ki, sözügedən elektromobilin konstruksiyasında onun yerləşdiyi yeri santimetrlik dəqiqliklə təyin etməyi bacaran bir neçə GPS anten yerləşdirilib. Sükanın döndərilməsi, tormoz sisteminin işə salınması, sürət ötürücüsünün dəyişdirilməsi və driftə keçid kimi proseslər elektromobilin konstruksiyasında yerləşdirilmiş kompüter vasitəsilə rellaşdırılır. Layihə müəllifləri əmindirlər ki, drift ekstremal əyləncə olmaqla yanaşı həmçinin təhlükəsiz sayəhətin əsas hissəsi də ola bilər. Belə ki, tədqiqatçılar elə idarəetmə sistemi yaratmaq istəyirlər ki, həmin sistem kritik vəziyyətlərdə avtomobili driftə salaraq dəhşətli qəzadan yaxa qurtarsın. 


Etiketlər:  Elektromobil avtopilot rejimində drift etməyi öyrənib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ