Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 08:28
"Çelsi"nin futbolçusu Temmi Abraham London təmsilçisi ilə yeni müqavilə imzalamaq niyyətində deyil.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu "zadəganlar"la yeni sözləşmənin şərtlərində razılığa gələ bilmir. Abraham komanda yoldaşı Kallum Hadson-Odoi kimi həftəlik 180 min avro qazanmaq istəsə də, "Çelsi" bu məbləği vermək istəmir.
2022-ci ilə qədər müqaviləsi olan Abraham, bu səbəbdən "zadəganlar"a "yox" deyib. Hücumçu bu mövsüm 27 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə edib.