Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 14:32
Meksikanın Nuevo-Leon ştatında təxminən 35 minik və yük avtomobilinin iştirakı ilə yol qəzası baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 10 nəfər xəsarət alıb. Bir neçə xəsarət alanı avtomobillərdən xilasedicilər xüsusi avadanlıqla çıxarmaq məcburiyyətində qalıblar.
Bildirilir ki, hazırda qəza baş verən yolda hərəkət hər iki istiqamətdə bağlanıb.