Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emre Çolak İspaniyaya qayıtdı

Emre Çolak İspaniyaya qayıtdı

Tarix: 1 Yanvar 2020 17:50

"Deportivo" heyətini yeni futbolçu ilə gücləndirib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Sequnda Liqada mübarizə aparan bu klub sabiq futbolçusu Emre Çolakı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyəli futbolçu köhnə-yeni klubu ilə mövsümün sonunadək anlaşıb.

Xatırladaq ki, Emre Çolak 2016/17 və 2017/18 mövsümlərində də "Deportivo"da çıxış edib. Amma həmin vaxt bu klub elitada çıxış edirdi. Hazırda isə 2-ci La Liqada mübarizə aparan La Korunya təmsilçisi sonuncu pillədə qərarlaşıb.


Etiketlər:  Emre Çolak İspaniyaya qayıtdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ