Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 18:50
"Atletiko Madrid" ciddi itki ilə üzləşib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisinin fransalı yarımmüdafiəçisi Toma Lemar qeyri-müəyyən müddətə sıradan çıxıb.
24 yaşlı futbolçu omba əzələsindən zədə alıb. Onun bərpa müddəti açıqlanmır.
Qeyd edək ki, Lemar "Atletiko"da sonuncu oyununa dekabrın 22-də çxıb. O, həmin gün La Liqanın 18-ci turu çərçivəsində qarşılaşdıqları "Betis"lə oyunda (2:1) meydana start heyətdə çıxsa da, zədələndiyi üçün 57-ci dəqiqədə əvəzlənmişdi.