Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan komandası yarışların ilk günündə 9 medal qazandı

Azərbaycan komandası yarışların ilk günündə 9 medal qazandı

Tarix: 13 May 2019 21:52

Bakı. Trend:

Bu gün "İBSA cüdo Qran Pri Bakı 2019" yarışının ilk gününün yarışları keçirilib.

Trend-in məlumatına görə, yarışın ilk günündə Azərbaycan idmançıları üç qızıl, üç gümüş və üç bürünc medal qazanıblar.

Komandamıza ilk qızıl medalı 60 kq çəki dərəcəsində Vüqar Şirinli qazandırıb. O Rumıniyadan olan rəqibi Florin Aleksandru Bologanı finalda məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yiyələnib. Eyni çəki dərəcəsində üçüncü yeri qazaxıstanlı idmançı Oljas Orazalyuli qazanıb.

Komandamıza ikinci qızılı 48 kq çəki dərəcəsində gənc cüdoçu Şahanə Hacıyeva qazanıb. O finalda çinli idmançı Li Liqinqi məğlub edərək qızıl medala yiyələnib. Həmin çəki dərəcəsində üçüncü yerə özbəkistanlı idmançı Lobar Xürrəmova layiq görülüb.

57 kq çəki dərəcəsində yarışan idmançımız Sevda Vəliyeva Azərbaycana üçüncü medalı qazandırıb. O finalda azərbaycanlı idmançı, paralimpiya çempionu Afaq Sultanovanı məğlub edərək qızıla sahib olub.

Gümüş medalçılarımız isə 66 kq çəki dərəcəsində Bayram Mustafayev, 81 kq çəki dərəcəsində Hüseyn Rəhimli və 57 kq çəki dərəcəsində Afaq Sultanovadır.

Digər idmançılarımız Namiq Aslanlı, Bəsti Səfərova və Ramil Qasımov yarışlarda 3-cü yerə layiq görülüblər.


Etiketlər:  Azərbaycan komandası yarışların günündə medal qazandı


RƏYLƏR