Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə qoşunlarının Liviyaya hansı halda göndəriləcəyi açıqlanıb

Türkiyə qoşunlarının Liviyaya hansı halda göndəriləcəyi açıqlanıb

Tarix: 1 Yanvar 2020 23:12

Marşal Xəlifə Haftar Tripoliyə hücumu dayandırsa, Ankara öz qoşunlarını Liviyaya göndərməkdən imtina edə bilər.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Türkiyə parlamenti yanvarın 2-də Liviyaya türk hərbçilərinin göndərilməsinə icazə verib-verməyəcəyinə qərar verəcək. Ölkənin müdafiə naziri Hulusi Akar qoşun göndərməklə bağlı hazırlıqlara başlanıldığını bildirib.

"Qoşunlarımızın Liviyaya girməməsi yalnız oradakı vəziyyətdən asılıdır. Silahlı qüvvələrimiz və Müdafiə Nazirliyimiz hazırdır. Parlamentdə qoşun göndərilməsi üçün mandatın qəbul edilməsi özündə siyasi bir mesajı əks etdirir. Qarşı tərəf hücumları dayandırdığını bildirərsə, o zaman ora niyə gedək ki?", - F.Oktay "Anadolu"ya verdiyi müsahibəsində belə deyib.


Etiketlər:  Türkiyə qoşunlarının Liviyaya hansı halda göndəriləcəyi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ