Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 13:44
Rusiyanın Volqoqrad vilayətində Yeni İl şənliyində dava düşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə animatorlarla yerli sakinlər arasında yaşanıb.
Əvvəlcə bir gənclə Şaxta Baba rolunu oynayan şəxslər arasında başlayan münaqişəyə sonradan digərləri də qoşulub. Şaxta Baba kimi çıxış edən şəxslərdən biri mikrofon vasitəsilə meydana polisləri dəvət edib və davanı sakitləşdirməyə çalışıb.
Kütləvi hal alan davaya polislər müdaxilə ediblər, daha sonra şənlik davam edib.