Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 04:44
Bakı. Trend:
Xartum mərkəzindəki nümayişçilərə silahlı adamlar tərəfindən açılmış atəş nəticəsində iki nəfər həlak olub, onlarla adam yaralanıb.
Trend-n məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalı xəbər verir.
Həkimlərin dediklərinə görə, atışma nəticəsində ölənlərdən biri "Azadlıq və dəyişikliklər uğrunda qüvvələr" müxalifət birliyinin üzvü olub.
Bundan əvvəl də məlum olmuşdur ki, naməlum silahlı insanlar və nümayişçilər arasında olan qarşıdurmada Sudan ordusunun bir zabiti ölüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin