Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda tanınmış müğənnilər yol qəzasında ölüb - SİYAHI

Azərbaycanda tanınmış müğənnilər yol qəzasında ölüb -  SİYAHI

Tarix: 2 Yanvar 2020 17:48

Sənət aləminin bir çox tanınmış siması yol qəzası zamanı dünyasını dəyişib.

Sonxeber.net Redaktor.az-a istinadən yol qəzasında ölən yerli məşhurların siyahısını təqdim edir:

Müğənni Şəfa Hüseynova - 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində anadan olub. 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Şəfa "Geri dön" və "Sevgi qatarı" mahnıları ilə tanınıb. 

Reper Hüseyn Dərya - 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. 2014-cü il martın 14-də gecə saatlarında avtomobil qəzası keçirib. Martın 15-də səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Müğənni Rəcəb Musayev - Tamaşaçılar Rəcəbi "Yeni ulduz 2" müsabiqəsindən tanıyırdı. Yarışmanın qalibi olmuşdu. Mərhum müğənni 2011-ci il yanvarın 8-də yol qəzası keçirib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Etiketlər:  Azərbaycanda tanınmış müğənnilər qəzasında ölüb SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ