Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabiq “Qarabağ”lının transferini rəsmən açıqladılar

Sabiq “Qarabağ”lının transferini rəsmən açıqladılar

Tarix: 2 Yanvar 2020 18:22

“Qarabağ”ın sabiq futbolçusu Con Delarjın Türkiyədə çıxış edəcəyi qətiləşib.

Qol.az xəbər verir ki, birinci liqa təmsilçisi “Boluspor” 29 yaşlı hücumçunu transfer etdiyini rəsmi saytı vasitəsi ilə açıqlayıb. Onunla bu mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2018-ci ilin yayında “Qarabağ”a transfer olunan konqulu futbolçu heyətdə möhləmkənə bilmədiyi üçün sonradan onunla müqavilə ləğv ediib. Delarj daha əvvəl də Türkiyədə - “Osmanlıspor” və “Bursaspor”da oynayıb.

O, “Qarabağ”dan ayrıldıqdan sonra Çexiyanın “Dinamo” komandasına keçmişdi.

 


Etiketlər:  Sabiq Qarabağlının transferini rəsmən açıqladılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ