Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 20:00
"Mançester Yunayted"in sabiq futbolçusu Luis Nani komandada çıxış etdiyi dövrü xatırlayıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi həmin vaxt "qırmızı şeytanlar"a baş məşqçilik edən Aleks Ferqüsonun xüsusi günlərdə oyunçularla mülayim davrandığını deyib: "Onunla heç vaxt problemim olmayıb. Əgər sabah boş vaxtım olacaqdısa, gecə çölə çıxıb, əylənirdim. Milad bayramı və ya yeni ildə də belə olurdu. İngiltərədə xüsusi günlərdə heç kimin vecinə olmursunuz. Yeni il günü məşqə sərxoş halda gedirdik. Bu, məşqçilər üçün əhəmiyyətli deyildi. Aleks Ferqüson bu cür vəziyyətlərdə futbolçularla nə edəcəyini bilib, deyirdi: "Bu gün özəl gündür, sizə təzyiq göstərə bilmərəm".
Qeyd edək ki, hazırda "Orlando"nun formasını geyinən L.Nani 2007-2015-ci illərdə "Mançester Yunayted"də oynayıb.