Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan və Tramp Suriya və Liviyadakı hadisələri müzakirə ediblər

Ərdoğan və Tramp Suriya və Liviyadakı hadisələri müzakirə ediblər

Tarix: 2 Yanvar 2020 22:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətləri, Liviya və Suriyadakı hadisələr də daxil olmaqla regional məsələləri müzakirə ediblər.

T.Ərdoğan İraqda ABŞ-ın təhlükəsizlik qüvvələrinə edilən hücumdan təəssüfləndiyini və ABŞ-ın Bağdaddakı səfirliyinə edilən hücumların dayandırıldığından məmnun olduğunu bildirib.

Telefon danışığı zamanı hər iki lider regional problemlərin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb və ikitərəfli münasibətlərdə qarşılıqlı məqsədlərə çatmaq üçün əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.


Etiketlər:  Ərdoğan Tramp Suriya Liviyadakı hadisələri müzakirə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ