Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 10:30
İraqda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra dünya bazarlarında neftin qiyməti kəskin bahalaşıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, "Brent" markalı neftin qiyməti təxminən 3 faiz artıb.
Belə ki, səhər saatlarında birjalarda "Brent" neftinin qiyməti 68.25 dollar/barel təşkil edib.
Analitiklər yaxın günlərdə neftin qiymətinin yüksək olacağını proqnozlaşdırır.