Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 10:32
Bakı. Trend:
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Böyük Britaniyanın Belfast şəhərində Kvins Universitetinin rektoru təyin edilib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Kvins Universitetinin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumatda bildirilir: "ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2020-ci ilin yanvar ayının 1-dən etibarən beş il ərzində Belfastda Kvins Universitetinin yeni rektoru olacaq".
Qeyd edilir ki, H.Klinton bu vəzifədə ilk qadın olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!