Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TAP cəlbedici satış bazarlarına çıxışı təmin edəcək - Axro

TAP cəlbedici satış bazarlarına çıxışı təmin edəcək - Axro

Tarix: 3 Yanvar 2020 12:36

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Trans-Adriatik boru kəməri (TAP) cəlbedici satış bazarlarına çıxışı təmin edəcək.

Bu barədə Trend-ə TAP-ın 5% səhmlərinin sahibi olan İsveçrənin Axro şirkətindən bildiriblər.

Şirkətdən bildirilib: "TAP Axpo portfelini əhəmiyyətli dərəcədə diversifikasiya edəcək və şirkətin elektrik enerjisinin topdansatış qiymətlərindən asılılığını azaldacaq. TAP həmçinin cəlbedici satış bazarlarına çıxışı təmin edəcək. Axpo-nun layihədəki iştirakından əldə olunan gəlirlə yanaşı, biz uzun müddət ərzində Şahdəniz yatağından da xeyli miqdarda təbii qaz alacağıq və bu qaz bizim ticarət departamentimiz tərəfindən satılacaq".

Xatırladaq ki, dəyəri 4,5 milyard avro təşkil edən TAP “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsidir. TAP-ın başlanğıc gücü ildə 10 milyard kubmetr təşkil edəcək və iki dəfə artırılmaq imkanına malik olacaq. TAP-ın tikintisinin 2020-ci ildə başa çatdırılması gözlənilir. Elə həmin il ilk Azərbaycan qazının Avropaya çatdırılması da nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 878 kilometrdir, onun 550 kilometri Yunanıstanın, 215 kilometri Albaniyanın, 105 kilometri Adriatik dənizinin dibindən, 8 kilometri isə İtaliyanın ərazisindən keçəcək.

TAP-ın səhmdarları BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%) Enagaz(16) və Axro (5%) şirkətləridir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  cəlbedici satış bazarlarına çıxışı təmin edəcək Axro


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ