Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 18:39
"Məni anam dünyaya gətirsə də, sənət üçün atam doğub. Bu, ilahidən bir hədiyyədir. Muğamı həmişə tək oxuyurdular. Amma biz duet şəklində ifa etməyə başladıq, dünya səhnələrində dilimizi bilməyən insanlara yaydıq. Atam onu yalnız etmişdi, indiyədək də edəcəkdi. Allah onu mənə, məni də ona göndərdi ki, bahəm bu işi yerinə yetirək".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova atası, Xalq artisti Alim Qasımovla qatıldığı "Okan Bayülgen ile uykusuzlar kulübü" verilişində deyib.
Onun bu sözləri aparıcı Okan Bayülgeni və verilişində qonaq olan türkiyəli ifaçı Yavuz Bingölü kövrəldib. Onlar göz yaşlarını saxlaya bilməyib.
A.Qasımov isə "Mən həyatda yumşaq adamam, amma səhnədə özümü belə tanımıram. Bilmirəm ki, o, mənim qızımdır" deyə, cavab verib.
Y.Bingöl sənətçilərimiz haqda "Alim Qasımov son 50 ilə damğa vurmuş möhtəşəm səsdir. Çox özəldilər, inanılmazdırlar" sözlərini söyləyib.