Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 10:30
Türkiyənin İstanbul şəhərində növbəsiz müayinə olunmaq istəyən xəstə həkimin burnunu sındırıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakırköy ərazisində Dr. Sadi Konuk Eğitim və Araştırma xəstəxanasında baş verib. Burak Altunpak adlı həkim bir xəstəyə növbədə olanların çoxluğu səbəbindən günün ikinci yarısı müayinə oluna biləcəyini deyib.
Bunu qəbul etməyən xəstə həkimə başı ilə zərbə vurub.
Burnu sınan və başından zədə alan həkim müayinəyə götürülüb.
Ona hücüm edən şəxs isə xəstəxanadan uzaqlaşıb.