Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Generalın ölümünə görə ABŞ millisinin Qətər toplanışı ləğv edildi

Generalın ölümünə görə ABŞ millisinin Qətər toplanışı ləğv edildi

Tarix: 4 Yanvar 2020 12:56

ABŞ millisinin Qətərdə keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı ləğv edilib.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, regionda vəziyyətin gərginləşməsinə görə müvafiq qərar verilib.

Qeyd edək ki, toplanış yanvarın 5-də başlanmalı və 20 gün davam etməli idi.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın aviazərbəsi nəticəsində iranlı general Qasım Süleymani öldürülüb. Bundan sonra İran ABŞ-dan qisas alacağını açıqlayıb.


Etiketlər:  Generalın ölümünə görə ABŞ millisinin Qətər toplanışı ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ