Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi mənbədən təhlükəli açıqlama: “Top” Tehrandadır, cavablarını gözləyirik

Hərbi mənbədən təhlükəli açıqlama: “Top” Tehrandadır, cavablarını gözləyirik

Tarix: 4 Yanvar 2020 14:08

ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Qüds" bölməsinin komandanı Qasım Süleymaninin öldürülməsi əmrini iki ay öncədən verə bilərdi.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri Pentaqonun yüksək rütbəli əməkdaşına istinadən yazıb.

Nəşr son iki ayda ABŞ-ın İraqdakı bazalarına raket zərbələrinin çoxaldığına diqqət çəkib.

Qeyd olunub ki, Prezident Tramp məhz buna görə Pentaqona Q.Süleymaninin tez bir zamanda öldürülməsi də daxil olmaqla geniş fəaliyyət azadlığı verib.

Hərbi səlahiyyətli şəxslərdən biri deyib ki, Yeni il tətilindən öncə onlara Q.Süleymaninin öldürülməsi ilə bağlı icazə verilib.

Bununla belə o, müvafiq əmrin konkret nə zaman verildiyini dəqiqləşdirməyib.

Mənbə İranın mümkün cavab tədbirləri barədə də danışıb. O bildirib ki, hazırda "top" Tehran tərəfindədir.


Etiketlər:  Hərbi mənbədən təhlükəli açıqlama Tehrandadır cavablarını gözləyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ