Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 09:18
Yanvarın 5-də Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, dövlət başçısı postuna namizədlər Xorvatiyanın müxalif Sosial-Demokrat Partiyasının namizədi Zoran Milanoviç və hazırkı prezident Kolinda Qrabar-Kitaroviçdir.
Onlar müfaviq olaraq 29,55% və 26,65% səs toplayıb.
Xorvatiya Dövlət Seçki Komissiyasından (MSK) verilən məlumata görə, respublikada və xaricdə 6,5 mindən çox seçki məntəqəsi yerli vaxtla 07:00-da açılacaq və saat 19: 00-da öz işini bitirəcək.