Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 16:44
La Liqanın 19-cu turunun “Hetafe” – “Real” matçında (0:3) irqçiliyə yol verilib.
Qol.az ABC-yə istinadən yazır ki, ikinci hissədə meydan sahiblərinin futbolçusu Mark Kukerelya ilə “Real”ın braziliyalı oyunçusu Eder Militao arasında söz atışması olub. Bu zaman Kukerlye Militaoya deyib: “Səsini kəs, qara meymun”. Futbolçu özü isə oyundan sonra meymun sözünü söyləmədiyini bildirib.
Məlumata görə, hakim bu epizodu görməyib. Bununla belə, hadisə ilə əlaqədar İspaniya Futbol Federasiyasının intizam işi açacağı istisna edilmir.