Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kim daha artığını istəyə bilər ki?'' - Klopp

''Kim daha artığını istəyə bilər ki?'' - Klopp

Tarix: 6 Yanvar 2020 00:32

"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə liqa kubokunda 1/32 finalında "Everton"a 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, meydanda çoxluq təşkil edən gənc futbolçularının oyununu bəyəndiyini deyib: "Onlar cəsarətli futbol oynadılar. Həm gənc, həm də təcrübəli oyunçular möhtəşəm çıxış etdilər. Adam Lallana əla oynadı.  Co Qomes bəlkə də karyerasında ilk dəfə müdafiəyə nəzarət etdi. Kertis Cons isə fantastik oynadı və fantastik qol vurdu. Kim daha artığını istəyə bilər ki? Əslində bu gecə istədiyim  nəticə bərabərlik idi. Risk etdik, ancaq qarşılığını gördük".

Qeyd edək ki, komandanın qələbə qolunu vuran K.Consun 18 yaşı var.

 


Etiketlər:  daha artığını istəyə bilər Klopp


RƏYLƏR