Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

Tarix: 6 Yanvar 2020 12:36

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bu ilin noyabr ayında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 25,610 milyon dollar artaraq 189,128 milyon dollar təşkil edib.

Türkiyə Ticarət Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin noyabr ayında Türkiyənin Azərbaycana ixracı 158,163 milyon dollar, Azərbaycandan idxal isə 30,965 milyon dollar olub.

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,798 milyard dollardan çox olaraq 106,541 milyon dollar artıb:

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyənin Azərbaycana ixracı 1,445 milyard dollar, Azərbaycandan idxalı isə 353,478 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin noyabrında Türkiyənin xarici ticarət dövriyyəsi 33,240 milyard dollar olub. Bu dövr ərzində ixrac 2018-ci ilin noyabrı ilə müqayisədə 0,1 faiz artaraq 15,503 milyard dollara çatıb.

2019-cu ilin noyabrında idxal 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artaraq 17,737 milyard dollar olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Türkiyə Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ