Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 19:52
Bakı. Trend:
Quldurlar üç ekipaj üzvünü girov götürərək Nigeriyanın cənub sahillərində sualtı boru kəmərləri çəkmək üçün istifadə olunan AMBIKA neft gəmisinə hücum ediblər.
Trend-in məlumatına görə, bu barədə "Sahara Reporters" bildirib.
Məlumata əsasən, 2 Rusiya və 1 Hindistan vətəndaşı qaçırılıb.
Yanvarın 2-nə keçən gecə baş verən pirat hücumu təcavüzkarlar və təyyarədəki təhlükəsizlik işçiləri arasında atışma ilə müşayiət olunub.
Döyüş zamanı dörd silahlı mühafizəçi öldürülüb, daha iki nəfər yaralanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!