Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 08:28
2019-cu ildə Almaniyanın silah və hərbi texnika ixracında rekord artım qeydə alınıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Almaniyanın İqtisadiyyat və Enerji Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, hökumət ilin yanvar-dekabr aylarında, ümumilikdə 7 milyard 950 milyon avro dəyərində silah və hərbi texnika ixracına dair qərarnamə imzalayıb.
Ən çox sayda silah Macarıstana ixrac edilib. Bu ölkəyə təxminən 1 milyard 770 milyon avro dəyərində silah və hərbi texnika göndərilib. Növbəti pilləni 802 milyon avroluq satışla Misir tutur. Üçüncü sırada qərarlaşan ABŞ-a isə 483 milyon avro dəyərində ixrac reallaşdırılıb.
Qeyd edək ki, ixracın 44,2%-i (təxminən 3,52 milyard avro) Avropa İttifaqı və NATO üzvü olmayan, Almaniyanın müttəfiqi hesab edilməyən ölkələrə edilib.
Xatırladaq ki, rəsmi Berlin 2018-ci ildə 5,3 milyard avro və 2017-ci ildə 6 milyard 240 milyon avro dəyərində silah və hərbi texnikanın satışını təsdiq etmişdi.