Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 13:00
Bakı. Trend:
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli beynəlxalq təyinat alıb.
AFFA-dan Trend-ə verilən məlumata görə, o, futzal üzrə AVRO-2022-nin ilkin seçmə mərhələsinin G qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Bu qrupda Latviya, Danimarka və Estoniya milli komandaları mübarizə aparacaq. Oyunlar yanvarın 30-dan fevralın 1-dək Latviyada keçiriləcək.
Qeyd edək ki, bu, Elçin Səmədlinin hakim-inspektor kimi ilk beynəlxalq təyinatıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!